AZ

Valensiya daşqın bölgəsinə əlavə 5 min hərbçinin göndərilməsini tələb edəcək

Bakı. Trend:

İspaniyanın Valensiya muxtar bölgəsinin hakimiyyəti leysan vədaşqınların fəsadlarının aradan qaldırılmasında kömək üçün əlavə 5min hərbçinin göndərilməsini tələb edəcək.

Trend xariciKİV-ə istinadən xəbər verir ki, bu barədə Valensiya hakimiyyətorqanlarının bəyanatında bildirilir.

"Valensiyanın başçısı Karlos Mason, icmanın ƏməliyyatKoordinasiya Mərkəzindən fövqəladə vəzifələrin icrası üçün əlavə 5min hərbçinin göndərilməsini xahiş edəcək", – bəyanatda qeydedilib.

Bununla da, bölgədə fəaliyyət göstərən hərbçilərin ümumi sayı 7minə çatacaq.

Qeyd edək ki, oktyabrın 29-da İspaniyada intensiv yağışlaravtomobil, dəmir yolu və hava əlaqələrini pozub. Ölkənin cənub vəşərq hissələrində hava təhlükəsi səviyyəsi maksimuma qaldırılıb.Təbii fəlakət nəticəsində İspaniyada 207 nəfər həyatını itirib.Fövqəladə hallar xidmətləri, xilasedicilər və hərbçilər axtarışişlərini və təbii fəlakətin təsirlərinin aradan qaldırılmasınıdavam etdirirlər.

Məqalədə:
Seçilən
17
az.trend.az

1Mənbələr