AZ

"Barselona" iki futbolçusu ilə müqavilənin müddətini uzadacağına əmindir

İspaniyanın "Barselona" klubu iki futbolçusu ilə müqavilənin müddətini uzadacağına əmindir.

"Report" "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi yarımmüdafiəçilər Qavi və Pedrinin komandada qalacağına inanır.

Mərkəz müdafiəçisi Ronald Arauxonun sözləşməsinin artırılması üçün danışıqlar daha çətin rejimdə irəliləyir. İspaniyalı futbolçular müsbət cavab versələr də, uruqvaylı oyunçu hələlik qərarını açıqlamayıb.

Qeyd edək ki, hər üçünün hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayınadək nəzərdə tutulub.

"Cebheinfo.az"

Seçilən
47
4
cebheinfo.az

5Mənbələr