Belə ki, həmin səhifə ''Yuve''nin ''Real'' və Türkiyə yığmasının ulduzu Arda Güləri transfer etdiyini açıqladı:
''Yuventus''a xoş gəldin Arda Gülər. Dünya futbolunun yüksələn ulduzu artıq ''Yuve'' ailəsinin bir üzvüdü. Bu yeni yolda birlikdə tarix yazmağa hazırsanmı?''
Təbii ki, bu paylaşım qısa müddətdə müzakirələrə səbəb oldu. Amma çox keçmədən hər şey bəlli oldu. Sən demə səhifə xakerlər tərəfindən ələ keçirilibmiş.
Bu məlumatı ''Yuve''nin digər rəsmi səhifələri paylaşdı. Özü də xakerlər türk imiş. Bunu növbəti paylaşımdan anlamaq mümkün oldu. Oğurlanmış səhifə ''Fənərbaxça''nın başqanı Əli Koç haqda da paylaşım etdi:
''Fənərbaxça''nın gənc ulduzu Əli Koç bu gün sürpriz bir qərarla istefa verdiyini açıqladı''.
Səhifədə son paylaşım isə belə oldu:
''Bu, sadəcə zarafat idi''.
Təxminən 1-2 saatdan sonra səhifə xakerlərdən geri alındı.
ƏLİ