Zaqatala rayonunun Əliabad qəsəbəsində ana və qızı dəm qazından zəhərləniblər...
Zaqatalada dəm qazından zəhərlənən ana və qızı şəhidin ailə üzvləridir.
Lent.az-ın əldə etdiyi məlumata görə, dəm qazı zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilən Naimə İrapova və qızı, 15 yaşlı Havva İrapova Vətən müharibəsi şəhidi İsmayıl İrapovun anası və bacısıdır.
***
Oxu.Az xəbər verir ki, 1983-cü il təvəllüdlü Nayimə İrapova və 2009-cu il təvəllüdlü qızı Havva İrapova dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Poliqon.info