Valensiya əyalətini vuran daşqın 1962-ci ildən bəri İspaniyanı vuran ən böyük təbii fəlakətdir.
Bu barədə Bloomberg yazır .
Agentlik qeyd edib ki, daşqınlar nəticəsində 200-dən çox insan həlak olub, minlərlə ev dağılıb.
Ömrü boyu Utieldə yaşayan 57 yaşlı Carlos Hortelano, “Bir gündən az müddətdə hər şeyi itirdim” dedi.
Hortelano-nun evi tamamilə su altında qalıb. Bu zaman kişinin anası içəridə olub. O, ikinci mərtəbəyə sığınıb, suyun tədricən yüksəlməsinə tamaşa edib.
DOĞRU.AZ