AZ

İspaniya hakimiyyəti Valensiyaya 10 min əsgər və polis göndərəcək

İspaniya hökuməti selin baş verdiyi Valensiyaya daha 10 min hərbçi və polis göndərməyi planlaşdırır.

Bu barədə Associated Press məlumat yayıb.

Baş nazir Pedro Sançesin sözlərinə görə, zərər çəkmiş bölgəyə əlavə 5 min əsgər və 5 min polis göndəriləcək.

Nəşr qeyd edir ki, hazırda daşqının nəticələrinin aradan qaldırılması işlərinə 2 min ispan hərbçisi cəlb olunub.

Bundan əvvəl daşqın nəticəsində ölənlərin sayının 200-ü ötdüyü bildirilirdi.

DOĞRU.AZ

Seçilən
58
dogru.az

1Mənbələr