“Tottenhem”in futbolçusu Ceyms Maddison və Miki Mur xoşagəlməz hadisə ilə üzləşiblər.
İdman.biz xəbər verir, bunu Ceyms sosial şəbəkə paylaşımında açıqlayıb.
O bildirib ki, İngiltərə Liqa kubokunun “Mançester Siti” ilə Londondakı görüşünə (2:1) gedərkən tıxacda qaldıqları üçün avtomobildən düşərək yolun bir hissəsini piyada qət ediblər: “Trafik o qədər pis idi ki, mən və Miki Mur son mili piyada getməli olduq. Çünki tıxacda ilişmişdik ki, heç hərəkət də etmirdik. Əslində, fanatlarla birlikdə pabların yanından küçə ilə stadiona getmək xoşuma gəldi. Bu mənə uşaqkən atamla “Koventri”nin oyunlarına baxmağa getdiyimi xatırlatdı”.
Qeyd edək ki, Avropa Liqasının Liqa mərhələsinin I turunda məhz “Tottenhem”in qonağı olan Azərbaycan çempionu “Qarabağ” da Londonda tıxaca düşmüşdü. Təmsilçimiz yolda gecikdiyi üçün qarşılaşma 35 dəqiqə gec başlamışdı.
İdman.biz