AZ

Şuşada Sağlamlıq Turizmi konfransıbaş tutdu

“ Azərbaycan sağlamlıq turizmi konfransı; inkişaf imkanları” mövzusunda keçirilən beynəlxalq konfrans Oktyabrın 28-29-da mədəniyyət paytaxtı Şuşada baş tutub.200-ə qədər mütəxəssisin iştirak etdiyi tədbirin təşkilatçısı Dövlət Turizm Agentliyi idi.


"Medicina" xəbər verir ki, dəvətlilər arasında təşkilatçı şirkətdən əlavəPrezidentin Kəlbəcər rayonu üzrə xüsusi nümayəndəliklərinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin,Səhiyyə Nazirliyinin rəsmiləri ilə yanaşı bir sıra dövlət və özəl tibb ocaqlarının əməkdaşları da olub.Sağlamlıq turizmi sektorunda mövcud olan qabaqcıl təcrübələrin araşdırılaraq ölkəmiz üçünbu sahədə inkişaf istiqamətlərinin müəyyən edilməsinə həsr olunan beynəlxalq konransda Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzini tibb ocağının icraçı direktoru Qüdrət Yaqubov və strateji inkişaf departamentinin meneceri Fərid Xankişiyev təmsil ediblr.

Tədbirdə giriş sözü söyləyən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev çıxışındaqeyd edib ki, ölkəmizin sağlamlıq turizmi üzrə imkanlarının regional və beynəlxalq səviyyədə tanıdılması, bu sahədə marketinq fəaliyyətinin təşkili, brendin yaradılması Dövlət Turizm Agentliyinin əsas fəaliyyət istiqamətlərindən biri kimi müəyyən olunub.

Sağlamlıq turizmi üçün zəngin potensialı olan Qarabağ və Şərqi Zəngəzura cəlb edilən türkiyəli mütəxəssislərbu regionda sağlamlıq turizmi resurslarını araşdıraraq maraqlı təkliflər veriblər.

2 gün davam edən konfransda Türkiyə, Rusiya, İsveçrə, Malaziya, Qazaxıstan və Çex Respublikasından olan mütəxəssisləri sağlamlıq turizmi ilə bağlıyeni fikir və mülahizələrini iştirakçılarla bölüşüblər.

Beynəlxalq tədbirdə maraqlı nüanslardn biri də Azərbaycanın sağlamlıq turizm mərkəzlərinin, tibbi turizm xidməti göstərən hotel və sanatoriyaların fəaliyyətini əks etdirən videoçarxın nümayişi olub.

Fasilələrdə iştirakçılarMasallı Bioloji Təbabət İnteqrativ Müalicə mərkəzində sağlamlıq turizmi üçün faydalı tibbi xidmət növü olan Naxçıvan duzundan istifadə olunan Duz mağarasının, Naftalanneftinin tətbiq edildiyi müalicəvi vannaların fotoşəkillərini əks etdirən bukletlərlə tanış olublar.

Qonaqlaragözəl təbiətliMasallı şəhərindəyerləşən, tibbi turizmin inkişafı üçünaktual və vacib sayılanmüalicə metodlarının tətbiq olunduğu sağlamlıq ocağınınfəaliyyəti barədə də ətraflı məlumat verilib.

Daha sonra konfrans işini panel sessiyalarla davam etdirib. “Azərbaycan sağlamlıq turizmi mərkəzi kimi: cari vəziyyət və imkanlar” mövzusundakı ilk sessiyada xaricilərlə yanaşı yerli mütəxəssislərin də çıxışları maraqla qarşılanıb. Azərbaycanın təbii ehtiyatlarının qlobal turizm bazarında dəyərləndirilməsi, ölkənin mədəni irsi ilə sağlamlıq turizmini birləşdirən strateji yanaşmaların inkişaf etdirilməsi və mövcud infrastrukturun daha da təkmilləşdirilməsi üzrə planlar müzakirə olunub.


“Sağlamlıq turizmində qlobal və uğurlu təcrübələr: Azərbaycan üçün təkliflər”, “Azərbaycan tibbi turizmi: Gələcəyə baxış və strategiya” adlı panel sessiyalar zamanı isə dünya üzrə uğur qazanmış ölkələrin sağlamlıq turizmi təcrübələri ilə yanaşı, onların tətbiq etdiyi texnologiyalar, rəqəmsal innovasiyalar, həmçinin sağlamlıq turizmi xidmətlərinin keyfiyyətini artırmaq üçün istifadə olunan yeni metodlar ətrafında da fikir mübadiləsi aparılıb.

Medicina.az


Seçilən
42
medicina.az

1Mənbələr