Misli Premyer Liqasının 12-ci turunda öz meydanında "Zirə"yə 0:2 hesabı ilə uduzan "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov məğlubiyyəti şərh edib.
Fanat.Az xəbər verir ki, o, mətbuat konfransında belə danışıb:
"Əlbəttə, "Zirə"yə qarşı oynamaq çətin idi. Oyuna pis başlamadıq. Amma son vaxtlar olduğu kimi hücumları məntiqi sonluqla tamamlaya bilmədik. "Zirə"nin səhvlərimizdən faydalana biləcəyini öncədən təxmin edirdik. Belə də oldu. İkinci yarıda nəsə etməyə, oyunu dəyişməyə çalışdıq. Ruhdan düşməməliyik. Qışda heyətə yeni futbolçular cəlb etməliyik. Bəzi mövqelərdə "yeni qan"a ehtiyac var".
Nihat