Gəncədə qətl hadisəsi baş verib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.
İlkin məlumata görə, baş verən mübahisə zamanı bir nəfər bıçaqlanaraq qətlə yetirilib. Hadisə yerinə polis və prokurorluq orqanlarının əməkdaşları cəlb olunub.
Ölən şəxsin kimliyi və hadisəni törədən şəxsin şəxsiyyəti dəqiqləşdirilir.
***
Gəncə şəhər Baş Polis İdarəsinə Daşkəsən rayon sakini, 1980-ci il təvəllüdlü Şəmistan Süleymanovun kəsici-deşici alətlə qətlə yetirilməsi ilə bağlı məlumat daxil olub.
Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 1971-ci il rəvəllüdlü Nəsimi Mustafayev saxlanılıb.
Faktla bağlı prokurorluqda araşdırma aparılır.
Yunis Quliyev