Milli Məclisin deputatı Mahir Süleymanlı Şabran rayonu Uzunboyad kəndində şəhidlərimiz Abbasov Ağababa Səfər oğlu, Abbasov Samir Adəm oğlu və Hümmətov İzzət Müşviq oğlunun ailələrini ziyarət edib.
XALQ.AZ məlumat verir ki, millət vəkili şəhid ailələrinin qayğı və problemləri ilə maraqlanaraq onları narahat edən məsələləri nəzarətə götürüb. Görüşdə Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov və Aparat əməkdaşları iştirak etmişlər.
İgid şəhidlərimiz Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələrinin döyüş mövqelərinə qarşı törətdiyi geniş miqyaslı təxribatlara cavab olaraq başlanmış Vətən müharibəsində şücaətlər nümayiş etdirərək qəhrəmancasına şəhid olublar.
Allah rəhmət eləsin!