Rusiya Federasiyasının xalq artisti Filipp Kirkorov İnstaqramda valideynlərinin nikah şəhadətnaməsini dərc edib, orada onun əsl soyadının Krikoryan olduğu üzə çıxıb.
KONKRET.az xəbər verir ki, müğənni toy ildönümü şərəfinə fotonu yayımlayıb.
“Düz 60 il əvvəl, 1964-cü il noyabrın 1-də ata və anam ailə qurub. Moskvadakı Vətəndaşlıq Qeydiyyatı İdarəsinin ikinci şöbəsində. Bu gözəl birliyə görə valideynlərə təşəkkür edirəm. Ailə adət-ənənələrini qiymətləndirin və sevgini qoruyun…” – Kirkorov yazıb.
İfaçının dərc etdiyi sənəddə onun atası Bedros Pilibos Krikoryan, anası isə Viktoriya Markovna Lixaçeva olduğu, evləndikdən sonra o da Krikoryan soyadını götürdüyü bildirilir.
KONKRET.az