AZ

Metroda yaradılan tibb məntəqələri COP29-dan sonra da fəaliyyətini davam etdirəcək?

COP29 konfransı çərçivəsində tibbi xidmətin təşkilinə dair keçirilən brifinqdə  "Koroğlu”, “28 May”, “Elmlər Akademiyası” metrostansiyalarında tibb məntəqələrinin təşkil edildiyi bildirilib.

Nəzərə almaq lazımdır ki, metroda tez-tez halı pisləşənlərin sayı az deyil. Bu baxımdan tibb məntəqələrinin COP29-dan sonra da fəaliyyətinə davam etməsi sərnişinlər tərəfindən arzuolunandır.

Bəs bu məntəqələr COP29-dan sonra fəaliyyətini davam etdirəcək?

"Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Bizim.Media-nın sorğusuna cavab olaraq məsələnin TƏBİB-in səlahiyyətində olduğunu bildirib.

TƏBİB-dən isə sualımıza sükutla cavab verilib.  

Görünən qədərilə, COP29-dan sonra tibb məntəqələrinin qeyd olunan metrostansiyalarda fəaliyyətini davam etdirib-etdirməyəcəyi hələlik məlum deyil. 


 

Seçilən
7
3
hit.az

4Mənbələr