Qulu Məhərrəmli dəyərlərin sürətlə dəyişdiyi son bir neçə onillik ərzində milli jurnalistikamızın sağlam düşüncə və sağlam əməllər üzərində təkamül etməsi üçün fədakarlıq göstərən öncül ziyalılarımızdan biridir. Bir çox hallarda cəmiyyətdə baş verən hadisələrə onun münasibəti minlərlə insan üçün hadisəyə baxış meyarına çevrilir və İctimai-siyasi şüura təsir qüvvəsi qazanır. Bu baxımdan Qulu Məhərrəmlinin cəmiyyətin inkişafında oynadığı konstruktiv rol hörmətə və təqdirə layıqdir.
Görkəmli alim və ictimai-siyasi xadim kimi Azərbaycanın ziyalılıq mühitinə böyük töhfələr vermiş və bu yolda öz təmənnasız fəaliyyətini əzmkarlıqla davam etdirən hörmətli Qulu müəllimi 70 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir və ən xoş arzularımı çatdırıram.
Hörmətlə,
Cavanşir Feyziyev
Milli Məclisin deputatı