AZ

"Zədəli futbolçuların olması oyunumuza mənfi təsir edir" - Ayxan Abbasov

"Şamaxı" Misli premyer-liqasının evdə keçirilən 12-ci tur matçında "Zirə"yə uduzdu - 0:2.

"Football-plus.az" xəbər verir ki, "şirlər"in baş məşqçisi Ayxan Abbasov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- Güclü rəqibə qarşı oynadıq. "Zirə" ötən mövsüm də yaxşı səviyyədə idi. Avrokuboklarda böyük uğurlar qazandı. Oyun ərzində bir neçə dəfə təhlükəli epizod yaratdıq. Sadəcə, qol vura bilmədik. Rəqib səhvlərimizdən istifadə edib lazım olan nəticəni təmin etdi. İkinci hissədə daha yaxşı mübarizə apardıq. Tempi yüksək tutduq. Zədəlilərimiz var. Alternativ oyunçularımızın sayı getdikcə azalır. Təbii ki, nəticə bizi narahat edir. Çempionatın ilk dövrəsini yaxşı keçirdik. Belə hallar yaşayacağımızı əvvəlcədən bilirdik. Ruhdan düşməməliyik. Qışa qədər daha çox xal toplamalıyıq.

- Deyəsən, Vasiliye Radenoviçin zədəsi hələ davam edir. Onun yoxluğu komandaya necə təsir edir və son durumu necədi?
- Bir neçə oyundu ki, tam heyətlə məşq edə bilmirik. Radenoviç müalicə edilir. Çox güman ki, millinin oyunlarıyla bağlı fasilədən sonra komandaya qoşulacaq. Təkcə onun yox, ümumiyyətlə, zədəli futbolçuların olması oyunumuza mənfi təsir edir.

- Növbəti oyunlarda "Neftçi", "Sumqayıt" və "Kəpəz"lə qarşılaşacaqsız. Həmin matçlar nə dərəcədə həlledici olacaq?
- 10 komandalı çempionatlarda təqvim çox vacibdi. Matçlarda ardıcıl güclü komandalarla qarşılaşanda bir qədər təsiri olur. "Neftçi"ylə matçdan sonra milli fasilə olacaq. Amma məğlubiyyətləri təqvimlə əlaqələndirməzdim. Bəzən bizdən güclü kollektivlər də ardıcıl oyunlarda uduzur.

- Bəlkə bu sual üçün hələ tezdi. Amma qışda transfer etmək mümkün olacaqmı?
- Təbii ki, komandanı gücləndirməyi düşünürük. Bəzi mövqelərdə rəqabəti artırmalıyıq. "Kəpəz" baş məşqçi dəyişikliyindən sonra yeddi transfer edib. Bu, bizim üçün həyəcan siqnalı olmalıdı.

KƏNAN BAHADIR

Seçilən
59
football-plus.az

1Mənbələr