"Liverpul" mövsümün sonunda klubla müqaviləsi başa çatan Trent Aleksander-Arnoldu pulsuz buraxmaq istəmir.
Sportal.az xəbər verir ki, Mersisayd təmsilçisi "Real"a keçəcəyi gözlənilən ingiltərəli müdafiəçinin keçidindən pul qazanmaq niyyətindədir.
Klub rəhbərliyi futbolçunu qışda satmağı düşünür. İngiltərə nəhəngi 26 yaşlı sağ cinah müdafiəçisinə 50 milyon avro qiymət qoyub.
Qeyd edək ki, Trent Aleksander-Arnold "Liverpul"un yetirməsidir. İngiltərə millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 12 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi