Ölkəmizdə ən son texnoloji avadanlıqlarla təchiz olunmuş “Pozitiv Psixologiya Mərkəzi”nin Sumqayıt filialı öz qapılarını şəhər sakinlərinin üzünə açıb.
“Qafqazinfo” xəbər verir ki, açılışda iştirak edən şəhər rəsmiləri, psixoloq və loqopedlər, ictimai simalar mərkəzdə yaradılan şəraitlə tanış olublar.
Tədbirdə tanınmış aparıcı Mətanət Əliverdiyeva da iştirak edib.
Elm və praktikanı özündə birləşdirən “Pozitiv Psixologiya Mərkəzi”nin rəhbəri Fidan Məmmədzadənin sözlərinə görə, insanların psixoloji sağlamlığının keşiyində olan mərkəzdə istənilən yaş qrupunda, istənilən psixoloji problemin həmpsixodiaqnostikası, həm də psixokorreksiyası ən son metodika və cihazlarla həyata keçirilir.
Panik atak, depressiya, qumar asılılığı, sosial fobiya, özünəinam əskikliyi, yuxu pozuntusu, ailədaxili problemlər, uşaq və yeniyetmələrdə rast gəlinən psixoloji şəxsiyyət pozuntuları və s. psixoloji problemlərdən yalnız “Pozitiv Psixologiya Mərkəzi”ndə xilas olmaq mümkündür.
Yeri gəlmişkən qeyd edək ki, mərkəz həm də gənc psixoloqlar yetişdirəcək. Mərkəzin nəzdində fəaliyyət göstərən “Pozitiv Karyera və Təlim Mərkəzi”nin rəhbəri Nəsibə Tağızadənin sözlərinə görə, 6 aylıq təlimlərdə iştirak edən tələbələr burada işlə təmin olunacaqlar.
Ünvan: Sumqayıt şəhəri, 5-ci mikrorayon, Cəfər Cabbarlı kücəsi 89
Telefon: 070 725 00 00