Misli Premyer Liqasının XII turunda "Şamaxı" evdə "Zirə"yə 0:2 hesabla uduzub.

Offsideplus.az xəbər verir ki, Şamaxı təmsilçisinin baş məşqçisi Ayxan Abbasov oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.

"Bu gün güclü rəqibə qarşı oynadıq. "Zirə" yayda avrokuboklarda pley-offa qədər yüksəlmişdi. Oyuna pis başlamadıq. İlk dəqiqədəki epizodları dəyərləndirə bilmədik. Son oyunlarda bizi bu narahat edir ki, sonluq yoxdur. Hücumda rəqibin usta oyunçuları var. İkinci hissədə dəyişiklik etməyə çalışdıq. Hücuma atıldıq. Bu dəqiqə bizə lazım olan ruhdan düşməməkdir. Hədəfimizə çatmaq üçün daha çox çalışmalıyıq".