AZ

Bakıya gələn türk futbolçu “Qarabağ”a tərif yağdırdı

“Qarşıda 5 matç var ki, bu da 15 xal deməkdir.

Şanslar tükənməyib, hər şey yaşana bilər”.

“Ayaks”ın futbolçusu Ahmetcan Kaplan Sportinfo.az-a açıqlamasında “Qarabağ”ın pley-offa yüksəlmək şanslarını bu sözlərlə dəyərləndirib.

Oktyabrın 24-də Bakıda baş tutan görüşün ilk 15 dəqiqəsində ağdamlılar Niderland nəhənginə çətin anlar yaşatsa da, öncə Julio Romaonun, ardınca Elvin Cəfərquliyevin yersiz qırmızı vərəqəsi rəqibin 3 cavabsız qol vurması ilə nəticələndi.

İkinci hissənin gedişində “Qarabağ”a qarşı forma şansı qazanan 21 yaşlı türkiyəli müdafiəçi “köhlən atlar”ın şəninə tərif yağdırıb:

“Qarabağ”ın çox yaxşı komanda olduğunu düşünürəm. Diqqətimi çəkən məqam futbolçuların bir-birini çox yaxşı tanımasıdır.

Hücumlar zamanı çox rahat görünmələri də buna görədir. Heç nədən qol fürsətləri yaradır, komanda şəklində mübarizə aparır.

Qarşıdakı oyunlarda özümüz kimi, “Qarabağ”a da uğurlar arzulayıram”.

Avropa Liqasının əsas mərhələsində mübarizə aparan ağdamlılar 3 turda aktivinə xal yaza bilmədiyindən, 36 komanda arasında sonuncu pillədə yer alıb.

HƏBİB

Seçilən
59
sportinfo.az

1Mənbələr