AZ

Azərbaycan boksçusu DÇ-də gümüş medal aldı

Azərbaycan boksçusu Bilalhəbaşi Nəzərov Monteneqronun Budva şəhərində gənclər arasında keçirilən dünya birinciliyini gümüş medalla başa vurub.

Fanat.Az Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 48 kq-da mübarizə aparan milli üzvü finalda Safyiddin Sabirova (Özbəkistan) məğlub olub.

Qeyd edək ki, Bilalhəbaşi Nəzərov yarımfinalda Osman Çadqura (Mərakeş) qalib gəlib. Görüş Nəzərovun 5:0 (30:26, 30:26, 30:26, 29:27, 30:26) hesablı qələbəsi ilə yekunlaşıb.

Seçilən
38
27
fanat.az

10Mənbələr