“Liverpul” 75 azarkeşini məyus edib. İngiltərə klubu bu qədər fanatına ömürlük stadiona giriş qadağası qoyub.
Klubun mətbuat xidmətinin məlumatına görə, rəhbərliyin belə qərar qəbul etməsinə fanatların öz biletlərini yenidən satması səbəb olub. Artıq həmin şəxslərin “Liverpul”un ev oyunlarını keçirdiyi “Enfild” stadionuna gəlməsi mümkün olmayacaq. Klubun yekun mövqeyi qətidi və qərara heç bir halda yenidən baxılmayacaq.
Rəhbərliyin digər qərarına əsasən, bilet satışı ilə məşğul olan 136 nəfər qeyri-müəyyən müddətə işdən kənarlaşdırılıb. Onlar möhtəkirliyə əl ataraq abunə və biletlərdən istifadə qaydalarını pozublar.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta