AZ

TUSAŞ terrrorçusu ilə bağlı şok: qardaşları vəzifəli olublar

TUSAŞ teraktı ilə bağlı diqqətçəkən məlumatlar yayılıb.

Axar.az xəbər verir ki, bu barədə "Hürriyyət" saytı məlumat yayıb. Belə ki, teraktı törədən Minə Sevjin Alçiçəkin böyük qardaşı İzmir şəhərinin Çiğli rayon bələdiyyəsində təhlükəsizlik rəhbəri Davud Alçiçək olub. O, vəzifəsindən azad olunub.

Terrorçunun digər qardaşı da İzmir bələdiyyəsinə bağlı İZENERJİ şirkətində Sosial Xidmətlər İdarəsində sürücü işləyirmiş.

İzmir Böyükşəhər Bələdiyyəsinin başqanı Cəmil Tuqay məsələ ilə bağlı açıqlamasında valilikdən M.Alçiçəklə bağlı cavab gözlədiklərini bildirib.

O, sürücü işləyən Alçiçəkin uzun müddət əvvəl şirkətdə işə başladığını, barəsində hər hansı mənfi bir şey görmədiklərini və hadisə bəlli olandan sonra Alçiçəki məzuniyyətə buraxdıqlarını söyləyib.

Qeyd edək ki, oktyabrın 23-də Ankaranın Qəhrəmanqazan rayonunda dövlət aerokosmik şirkəti – TUSAŞ-a terror hücumu edilib. Hücum zamanı 5 nəfər şəhid olub, 22 nəfər isə yaralanıb.

Seçilən
36
7
axar.az

10Mənbələr