AZ

Türkiyədə nə baş verir? - rus turistlər kütləvi şəkildə naməlum virusa yoluxdu - SN hərəkətə keçdi

Rospotrebnadzor Rusiyadan olan turistlərin naməlum virusla bağlı şikayətləri ilə əlaqədar Türkiyə Səhiyyə Nazirliyindən məlumat istəyib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə məlumat xidmətin saytında yerləşdirilib.

Məlumatda qeyd olunur ki, Rospotrebnadzor mütəxəssisləri Türkiyənin Belek bölgəsində naməlum virusla bağlı rusiyalı turistlərin kütləvi şikayətlərini nəzarətə götürüblər.

Xidmət bildirir ki, Türkiyə Səhiyyə Nazirliyi ilə turistlərin sağlamlığının qorunması və yoluxucu xəstəliklərlə mübarizə sahəsində əməkdaşlığa dair anlaşma memorandumu var: "Sənəd digər tərəfin ərazisində yerləşən tərəflərdən birinin dövlətinin vətəndaşları arasında yoluxucu xəstəliklərin baş verməsi zamanı operativ məlumat mübadiləsini və epidemioloji araşdırmaların aparılmasına köməklik göstərməyi nəzərdə tutur".

Qeyd edək ki, iki gündür Türkiyənin Bələk bölgəsində naməlum mənşəli, kəskin fəsadlarla müşayiət olunan viruslu xəstəliyin olduğuna dair məlumatlar yayılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
62
7
milli.az

10Mənbələr