AZ

“GƏNCLƏR YAŞIL GƏLƏCƏK ÜÇÜN” Forumu uğurla keçirilib – FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən, 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir. Həmçinin ölkəmiz COP29 kimi dünya əhəmiyyətli tədbirə ev sahibliyi edəcək. Bununla əlaqədar olaraq, 1 noyabr 2024-cü il tarixində “Gənclər yaşıl gələcək üçün” forumu keçirilib. Forum Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Gənclər Fondunun və Binəqədi Gənclər Evinin birgə tərəfdaşlığı ilə həyata keçirilib.

Forumda Binəqədi Gənclər Evinin direktoru Günel Həsənova açılış nitqi ilə çıxış edərək tədbirin əhəmiyyətindən danışıb, iqlim dəyişikliyinə qarşı mübarizənin vacibliyini vurğulayıb. Daha sonra Gənclərin İnkişaf və Karyera Mərkəzinin regional nümayəndəliklərlə iş şöbəsinin müdiri İsmayıl Süleymanov, millət vəkili Naqif Həmzəyev, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin İqlim Dəyişmələri Mərkəzinin direktor müavini Aygün Nərimanova, Azərbaycan Respublikasının Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsi müdiri v.m.i.e Orduxan Qəhrəmanzadə çıxış edərək ekoloji maarifləndirmənin və gənclərin ekoloji layihələrdə fəal iştirakının ölkənin davamlı inkişafı üçün əhəmiyyətini qeyd ediblər.

Forum “Gənclərin iqlim hərəkatı” mövzusunda panel müzakirəsi ilə davam edib, iştirakçıların sualları cavablandırılıb. Ekspertlər və ekoloji fəallar qlobal istiləşməyə qarşı birgə mübarizənin əhəmiyyətinə diqqət çəkiblər. Həmçinin forumda “Gənclər tərəfindən iqlim dəyişikliyinə dair təşviqat kampaniyalarının aparılması” mövzusunda vörkşop keçirilib.

Qeyd edək ki, forumun əsas məqsədi iqlim dəyişikliyinin təsirlərini müzakirə etmək və gənclərin bu sahədəki rolunu vurğulamaq olub.

 

Seçilən
66
interpress.az

1Mənbələr