AZ

Dortmundda "yenilməz armada"

Almaniya Bundesliqasında 9-cu turun 6 oyunu baş tutub.

İdman.biz xəbər verir ki, "Bavariya" vahid lider olub.

"Pivəçilər" öz meydanında "Union Berlin"in qapısından 3 cavabsız top keçiriblər. Onlarla eyni xala malik "Leypsiq" isə turu xalsız başa vurub. Komanda Dortmundda "Borussiya"ya uduzub. Nuri Şahinin yetirmələri hesabda geri düşsələr də, iki qol vuraraq əzmkar qələbə qazanıblar. Dortmund təmsilçisi bu mövsümdə Bundesliqada evdə keçirdiyi 5-ci oyunu da qalibiyyətlə başa vurub.

"Ayntraxt" – "Boxum" matçında qapılara 9 qol vurulub. Meydan sahibləri 7:2 hesabı ilə üstün olublar.

Almaniya Bundesliqası
9-cu tur
2 noyabr

"Bayern" – "Union Berlin" - 3:0
"Ayntraxt" – "Boxum" - 7:2
"Hoffenhaym – "Sankt Pauli" - 0:2
"Holştayn – "Haydenhaym" - 1:0
"Volfsburq – "Auqsburq" - 1:1
"Borussiya D – "Leypsiq" - 2:1

İdman.biz

Seçilən
44
idman.biz

1Mənbələr