AZ

Sevilən müəllim olmaq üçün nə etməlisiz?

Sevilən müəllim olmaq üçün nə etmək lazımdır? Qaydalarla tanış olun!

1. Hər kəsin adını tək-tək öyrənin

Xüsusilə də dərsin ilk günündə bu addım sizin sevilmənizə gətirib çıxacaq. Adlarını tək-tək öyrənərək onlara dəyər verdiyinizi sübut edə bilərsiniz. Doğrudur, bu, əvvəlcə sizə çətin gələcək, amma  sonradan şagirdlərin gözündə sevimli müəllim olmanız üçün köməyi olacaq.

2. Gülümsəyin

Siz gülümsədikdə cavab olaraq şagirdləriniz də güləcəklər. Beləcə onlar sizi sevməyə başlayacaqlar. Bu yolla öyrənmək daha asan başa gələcək.

3. Uşaqların nələrdən nifrət etdiklərini öyrənin

Əksər müəllimlər ilk dərs günlərində uşaqlarda yay tətili, hobbiləri və s. haqda məlumat vermələrini istəyir. Siz əksini edin: nələri sevmədiklərini öyrənin. Bu siyahıya məktəb və müəllimlərini də yaza biləcəklərini və heç bir aqressiya ilə qarşılaşmayacaqlarına inandırın. Beləcə, həm onlara cəsarət verərək sevgilərini qazanmış, həm də şagirdlərinizi ayrı-ayrılılqda tanımaq imkanı əldə edəcəksiniz.

4. Dərs proqramını unudun

Xüsusilə dərsin ilk günündə tapşırıqlardan danışmayın. Şagirdlər bu haqda söz açdıqda belə narahat olmamalarını deyin. Onlara dərslərin asan keçəcəyinə inandırın.

5. Onları güldürün

Öyrənməyin biliklə yanaşı, əyləncə ilə də əlaqəli olduğunu unutmayın.

Ciddi, zəhmli bir duruşdansa daha səmimi olun. Zarafatlarla onları güldürməyə çalışın. Özünüzü sevdirdikdən sonra dərslərin daha əyləncəli keçəcəyini görəcəksiniz.

6. Şagirdlərinizə ilham verin

Bu gün hər kəsin yaddaşında ona ilham verən bir müəllim xüsusi yer tutur.  Siz də eynisini edin. Uşaqların nələrlə maraqlandıqlarını öyrənin. Onlara dəstək olun. Nəticədə şagirdlərinizin yaddaşında silinməz izlər qoya bilərsiniz.

Seçilən
35
tehsil.biz

1Mənbələr