AZ

"Formula-1": Güclü yağış təxirəsalmaya səbəb olub

"Formula-1" üzrə Brazilya Qran-prisinin təsnifat mərhələsi təxirə salınıb.

İdman.biz xəbər verir ki, buna səbəb San-Paulu şəhərində güclü yağışın yağmasıdır.

Beynəlxalq Avtomobil Federasiyası (FIA) dünən Bakı vaxtı ilə saat 22:00-da start götürülməli olan yarışı bu gün səhər saatlarına keçirib. Uzun müddət davam edən yağışın nəticəsində görmə məsafəsinin az olduğu bildirilib. "İnterlaqos" avtodromunda təşkil olunacaq yürüşün start barədə məlumat veriləcəyi vurğulanıb.

Qeyd edək ki, dünən Qran-Pridə sprint yarışı keçirilib və "Maklaren"in pilotu Lando Norris qələbə qazanıb.

İdman.biz

Seçilən
97
1
idman.biz

2Mənbələr