Azərbaycan yığması Polşanın Raşin şəhərində keçirilən ağırlıqqaldırma üzrə gənclər və 23 yaşadək atletlər arasında Avropa birinciliyində növbəti medallarını qazanıb.
İdman.biz xəbər verir ki, Əli Şükürlü (109 kq) fəxri kürsüdə yer alıb.
Atletimiz birdən qaldırma hərəkətində 173 kq nəticə göstərərək Avropa birinciliyinin gümüş medalını qazanıb. Təkanla qaldırma hərəkətində isə Əli 201 kq ağırlığı başı üzərinə qaldırıb və bu dəfə bürünc medala sahib olub. Təmsilçimiz toplam çəkidə 374 kq (173+201) nəticə ilə üçüncü yeri tutub.
Qeyd edək ki, birincniliyə ayın 4-də yekun vurulacaq.
İdman.biz