Çexiya prezidenti Petr Pavel bir qrup Çexiya vətəndaşına Ukrayna Silahlı Qüvvələrinin sıralarına qoşulmağa və ruslara qarşı döyüşməyə icazə verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Çex Radiosu prezidentin mətbuat katibi Filip Platosa istinadən məlumat yayıb. Ümumilikdə 181 nəfər Ukrayna Silahlı Qüvvələrinə qoşulmaq arzusunu bildirib.
Qeyd olunur ki, vətəndaşların müraciətləri prezident tərəfindən qəbul edilməzdən əvvəl onlara müdafiə, daxili işlər və xarici işlər nazirlikləri tərəfindən baxılır.
Çexiya qanunvericiliyi ölkə vətəndaşlarının dövlət başçısının xüsusi icazəsi olmadan xarici hərbi birləşmələrdə iştirakını qadağan edir.
Müəllif: Pərvin Cəfərova