AZ

Alimlər yeni pandemiyaya səbəb ola biləcək virusları aşkarlayıblar

ABŞ-nin Ohayo Dövlət Universitetinin alimləri virusların arterivirus ailəsinin heyvanlardan insanlara keçə biləcəyi elementi müəyyən ediblər.

"Far.Az"un məlumatına görə, bu barədə araşdırma "Nature Communications" (“NatComms”) elmi jurnalında dərc olunub.

Arteriviruslar dünyada insanabənzər primatlar, donuzlar və atlar da daxil olmaqla bir çox məməlilər arasında geniş yayılıb, lakin insanlarda hələ aşkarlanmayıb.

Arterivirusların bir çox təbii sahiblərində xəstəlik əlamətləri yoxdur.

Arteriviruslar uzunmüddətli infeksiyaları saxlamaq və sahibini dəyişdikcə daha virulent olmaq, onlara təkamül etmək və ötürmə şanslarını artırmaq üçün vaxt verən qeyri-adi qabiliyyətə malikdir.

Alimlər skrininqdən istifadə edərək iki geni, FCGRT və B2M-i müəyyən ediblər. Onların protein məhsulları birləşərək hüceyrələrin səthində ifadə olunan FcRn reseptorunu (“neonatal Fc reseptoru”) əmələ gətirir.

Tədqiqatın nəticələri göstərib ki, FcRn meymunları, donuzları və atları yoluxduran azı beş arterivirus tərəfindən ana hüceyrəyə daxil olmaq üçün istifadə olunur.

FCGRT geninin sahibinin hüceyrələrindən çıxarılması infeksiyanın qarşısını alıb və hüceyrələrin anti-FcRn antikoru ilə əvvəlcədən müalicəsi onları infeksiyadan qoruyub.

Tədqiqatçıların fikrincə, aşkar edilmiş anticisimlər (orqanizmə yad maddələr-red) gələcəkdə insanlar üçün təhlükəli hala gəlsə və yeni pandemiyaya səbəb ola, arteriviruslarla mübarizə yollarından biri ola bilər.

Seçilən
48
9
far.az

10Mənbələr