Gəncə şəhər Baş Polis İdarəsinə Daşkəsən rayon sakini 1980-ci il təvəllüdlü Şəmistan Süleymanovun kəsici-deşici alətlə qətlə yetirilməsi ilə bağlı məlumat daxil olub.
“Unikal” xəbər verir ki, polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 1971-ci il təvəllüdlü Nəsimi Mustafayev saxlanılıb.
Faktla bağlı prokurorluqda araşdırma aparılır.