İstanbulun Fatih bölgəsində bir kişi gənc oğlana balta ilə hücum edib.
Parol.az xəbər verir ki, məlum olub ki, baltalı şəxsin hücum etdiyi gənc qızının sevgilisidir. Atanın qəzəbdən gözünü qan almasının səbəbi qızının ona “sevgilim məni təhqir etdi” deməsi olub.
Oğlan balta zərbələrindən güclə canını qurtara bilib. O, hadisə yerindən qaçmağı bacarıb. Həmin anlar hadisə şahidi olan bir sakinin telefonunun kamerası ilə anbaan çəkilib.