AZ

ABŞ-də reper iki silahlı soyğunda günahlandırılır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



2022-ci ildə amerikalı hip-hop sənətçisi "Cardi B" ilə videolar çəkən repçi "Dougie B" iki silahlı soyğuna görə 25 ilə qədər həbs cəzası ilə üzləşə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə "New York Post" qəzeti Nyu-York şəhərinin cinayət məhkəməsinə istinadən məlumat yayıb.
Jurnalistlər müəyyən ediblər ki, avqustun 27-də əsl adı Arion Hovard olan "Dougie B" Belmontda 33 yaşlı kişiyə və onun beş yaşlı övladına hücumda iştirak edib.
İş materiallarına görə, repçi beş dostu ilə birlikdə ailənin mənzilinə daxil olaraq onları tapança ilə hədələyib. Hücum edənlərdən biri həmin şəxsin telefonunu götürərək hesabından 2 500 dollar (təxminən 4 250 manat) çıxarıb.
Bir müddət sonra, həmin şəxslər eyni məhəllədə yenidən oğurluq etmək qərarına gəliblər. Cinayətkarlar başqa bir evə soxulub oradakı şəxsi bıçaqla hədələyiblər. Soyğunçulardan biri ev sahibinin kripto pul kisəsindən 500 dollar (təxminən 800 manat) oğurlayıb.
Bu səbəbdən, Hovard quldurluq və soyğunda iştirak etməkdə ittiham olunub.
Seçilən
77
50
oxu.az

10Mənbələr