AZ

Boliviya XİN: Keçmiş prezidentin tərəfdarları 200-dən çox hərbçini girov götürüblər

Boliviyanın keçmiş prezidenti Evo Moralesin tərəfdarları üç hərbi obyekti ələ keçirib və 200-dən çox hərbçini girov götürüblər.

"Far.Az"un məlumatına görə, bu barədə ölkənin Xarici İşlər Nazirliyi (XİN) xəbər yayıb.

"Boliviya hökuməti prezident Luis Arsenin səylərinə və dialoq üçün dəfələrlə etdiyi çağırışlara baxmayaraq, dünya ictimaiyyətinin diqqətini demokratik sistemimizin sabitliyini pozmağa yönəlmiş fəaliyyətlərin artmasına yönəlməyə çağırır. Ötən gün Koçabamba departamentində, Çaparada, üç hərbi obyekt qeyri-qanuni qruplar tərəfindən ələ keçirilib və 200-dən çox hərbçi girov götürülüb", - bəyanatda deyilir.

Boliviya hakimiyyət orqanlarının dediyinə görə, Morales noyabrın 1-də tərəfdarlarını yolların bağlanmasına fasilə verməyə çağırsa da, əslində bu baş verməyəcək. Ölkə hökumətinin fikrincə, bu müraciət eks-prezidentin aclıq aksiyası elan etməsi ilə birlikdə etiraz liderinin nüfuzuna dəyən ziyanı azaltmağa yönəlmiş hiylədir.

Arce administrasiyasının siyasətinə etiraz edən eks-prezidentin tərəfdarları 20 gündür Boliviyada yolları bağlayır. Oktyabrın 30-da dövlət başçısı onların əməllərindən dəymiş ziyanın 1,7 milyard dolları keçdiyini, toqquşmalarda 60-dan çox polis əməkdaşının yaralandığını bəyan edib. Noyabrın 1-də hərbçilərin dəstəyi ilə polisin Koçabambada yolların təmizlənməsi əməliyyatına başlaması və 60-dan çox adamın saxlanmasından sonra vəziyyət gərginləşib. Qarşıdurma zamanı Moralesin tərəfdarları hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı partlaycı vasitələrdən istifadə ediblər və 3 hərbi hissə ələ keçirilib.

Seçilən
73
2
far.az

3Mənbələr