Mingəçevir şəhərində ağır yol-nəqliyyat hadisəsi olub.
"Far.Az"un Qərb bürosunun məlumatına görə, "Mercedes Vito" markalı mikroavtobus öncə minik avtomobili ilə toqquşub, sonra idarəetmədən çıxaraq aşıb.
Hadisə nəticəsində 1 nəfər aldığı xəsarətdən dünyasını dəyişib. daha 7 nəfər isə xəsarət alıb.
Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.