Türkiyənin Səhiyyə Nazirliyi Antalya kurortunda rusiyalı turistlərin virusa yoluxması ilə bağlı yayılan xəbərləri təkzib edib.
News24.az publika.az-a istinadla xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb.
“Yerli tibb müəssisələrindən aldığımız məlumata görə, mətbuatda yayılan məlumatlar kimi hər hansı neqativ hal yoxdur”, - deyə Türkiyə Səhiyyə Nazirliyi agentliyə bildirib.
Bundan bir qədər əvvəl Rusiyanın Antalyadakı Baş Konsulluğu Gazeta.Ru-ya Türkiyənin Belek kurort şəhəri sahilində naməlum virusun yayılması ilə bağlı məlumatı təkzib etmişdi. Qeyd olunub ki, bir neçə turist həqiqətən xəstəxanalara müraciət edib, lakin geniş yayılmış şikayət olmayıb.
Noyabrın 2-də "SHOT" "Telegram" kanalı Belek sahilində naməlum virusun kütləvi yayılmasının baş verdiyini bildirib. Kanalın məlumatına görə, son günlər onlarla uşaq və böyüklər 39 dərəcədən yuxarı hərarətlə xəstəxanaya müraciət edib, onu dərmanlarla endirmək mümkün olmayıb. Səbəbin COVID növlərindən biri olan koksaki virusu və ya rotavirus ola biləcəyi güman edilir. Eyni zamanda, guya həkimlər xəstələrə dəqiq diaqnoz qoya bilmirlər.