Bakı. Trend:
Noyabrın 3-də Dövlət İmtahan Mərkəzi (DİM) xüsusi hazırlıqkeçmiş taksi minik avtomobili sürücüləri üçün imtahankeçirəcək.
DİM-dən Trend-əbildirilib ki, imtahan vermək üçün 774 nəfər qeydiyyatdan keçib.Kompüter vasitəsilə elektron qaydada təşkil olunan imtahan DİM-inBinəqədi rayonu, S.S.Axundov küçəsi, 50 ünvanında yerləşən elektronimtahanlar korpusunda saat 16:00-da başlanacaq və 1 saat davamedəcək. İmtahan iştirakçıları imtahanı yekunlaşdırdıqda və yaimtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olabiləcəklər. Nəticələr, həmçinin növbəti gün DİM-in saytınayerləşdiriləcək.
İştirakçılar imtahana buraxılış vərəqəsində göstərilən vaxtdaimtahan binasının qarşısında olmalıdırlar.
Namizədlər imtahana gələrkən buraxılış vərəqəsi və şəxsiyyətvəsiqəsinin əslini mütləq təqdim etməlidirlər. Həmin sənədlərdənbiri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizədimtahana buraxılmayacaq.
İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı vəavtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyənnormativ-hüquqi aktlara dair Rəqəmsal İnkişaf və NəqliyyatNazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramınıəhatə edən 20 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgüncavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavablarınnəticəsinə təsir göstərmir. On və daha çox bal toplamış şəxslərimtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara 7 ilmüddətində etibarlı olan şəhadətnamə təqdim ediləcək.