AZ

Parisdə Qarabağın işğaldan azad olunmasına həsr edilmiş konsert keçirildi

Fransanın paytaxtı Parisdə Qarabağın işğaldan azad olunmasına həsr edilmiş konsert keçirilib.

Publika.az "Report"a istinadla xəbər verir ki, "Muğam - sülhün səsi" muğam - jazz konsertində Azərbaycan Respublikasının Fransadakı səfiri Leyla Abdullayeva, diplomatlar, yerli siyasətçilər, iş adamları, elm xadimləri, jurnalistlər və digər şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən L.Abdullayeva Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın 30 ilə yaxın işğal altında qalmış tarixi torpaqlarının 2020-ci ildə 44 günlük Vətən Müharibəsində işğaldan azad olunduğunu diqqətə çatdırıb. O, tarixi torpaqlarımızın azad edilməsinin Azərbaycan xalqı üçün böyük rəmzi məna daşıdığını, ədalətin bərpa olunması sevinci yaratdığını bildirib.

Səfir konsertin sülhə həsr edildiyini, torpaqlarının işğalı ilə əlaqədar iki dəfə müharibə aparmağa məcbur olmuş Azərbaycanın sülhə verdiyi əhəmiyyət, davamlı sülh naminə göstərdiyi səylərə də toxunub.

Seçilən
49
2
publika.az

3Mənbələr