AZ

Kivinin faydaları məlum olub

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Kivi təkcə dadlı desert deyil, həm də superqida adlandırıla bilən çox faydalı sağlamlıq məhsuludur.
Oxu.Az bu barədə Gazeta.ru-ya istinadən xəbər verir.
Rusiyalı endokrinoloq Yekaterina Kazaçkova bildirib ki, birincisi, kividə böyük miqdarda C vitamini var.
"Ortaölçülü bir kividə portağaldan daha çox C vitamini var. Axı C vitamini immunitetimizin əsasıdır. O, orqanizmə viruslar və bakteriyalarla mübarizə aparmağa kömək edir, damar divarlarını möhkəmləndirir və hətta dərimiz üçün çox vacib olan kollagenin sintezində iştirak edir", - deyə mütəxəssis bildirib.
İkincisi, kivi liflərlə zəngindir. Müvafiq olaraq, bu məhsul bağırsaqlar üçün faydalıdır. Həkimin izah etdiyi kimi, lif bağırsaqda yaşayan faydalı bakteriyalar üçün qidadır. O, onların çoxalmasına və mikrofloranın sağlam balansını qorumağa kömək edir.
"Bundan əlavə, kivi aktinidin fermenti ehtiva edir. Bu ferment zülalların daha yaxşı həzm olunmasına kömək edir ki, bu da xüsusilə qidalanmasına diqqət edən və daha çox zülallı qida qəbul etməyə çalışanlar üçün vacibdir. Bununla yanaşı, kivi artıq çəki ilə mübarizədə kömək edə bilər. O, az kalorilidir, lakin yüksək lif tərkibi sayəsində toxluq hissi verir", - deyə endokrinoloq əlavə edib.
Həmçinin mütəxəssis maksimum fayda əldə etmək üçün kivinin düzgün istifadəsi barədə danışıb. İlk növbədə o qeyd edib ki, bir çox insan kivini qabığından təmizləyir, lakin əslində məhz qabığında çoxlu faydalı maddələr var.
"Əlbəttə, onun teksturu hamının xoşuna gəlmir, amma əgər buna dözə bilsəniz, daha çox fayda əldə edəcəksiniz", - həkim vurğulayıb.
Daha bir maraqlı fakt - kivi digər məhsullarla mükəmməl uyğunlaşır. Məsələn, onu salatlara, "smuzi"lərə əlavə etmək və ya hətta ət üçün marinad kimi istifadə etmək olar. Əvvəl haqqında danışdığımız aktinidin ət liflərini yumşaldaraq yeməyi daha zərif edir.
"Lakin ölçünü də unutmaq lazım deyil. Hər bir məhsul kimi, kivini də ağlabatan miqdarda qəbul etmək daha yaxşıdır. Gündə iki-üç meyvə bütün faydalı maddələri almaq və orqanizmi həddindən artıq yükləməmək üçün kifayət edəcək", - deyə Kazaçkova vurğulayıb.
Seçilən
283
50
oxu.az

10Mənbələr