Oktyabrda Kazanda keçirilən BRİKS sammitinin yekunu üzrə bəyannamə maraqların balansı əsasında razılaşdırılıb.
APA xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BRICS beynəlxalq televiziyasına müsahibəsində deyib.
“Biz qarşılıqlı məqbul formulalar axtarırdıq. Bütün məsələlər bu formulalar tapıldı”, - nazir qeyd edib.
Rusiyalı nazirin sözlərinə görə, sammit BRICS-in sürətlə artan nüfuzunu və getdikcə daha çox ölkənin platformaya qoşulmaq istəyini nümayiş etdirdi.