AZ

Azərbaycan millisinin baş məşqçisi: “Ruhdan düşmürük”

“Avropa çempionatının seçmə oyunlarına görə oktyabr ayının ortasından 12 basketbolçu ilə məşqlərə start vermişik”.

Sportinfo.az xəbər verir ki, bu sözləri qadın basketbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Evren Alkaya 2025-ci il Avropa çempionatının seçmə mərhələsində Polşa və Litva ilə keçirəcəkləri oyunlar barədə danışarkən deyib.

Türkiyəli mütəxəssis hər iki matça ciddi hazırlaşdıqlarını bildirib:

“Polşa və Litva seçmələrinə qarşı keçirdiyimiz əvvəlki oyunları izləmişik. Bu matçlarda müdafiəyə diqqət yetirəcəyik.

Çox çətin olacaq, çünki komandanın 7-8 basketbolçusu 16 və 18 yaşlılardan ibarət yığmaların üzvləridir.

Lakin ruhdan düşmürük. Azərbaycanı layiqincə təmsil etmək istəyirik.

Bu heyətdə yer alan gənc qızlar bizim gələcəyimizdir. Bu cür matçlar onlara böyük təcrübə qazandıracaq”.

C qrupunda yer alan milli komanda noyabrın 7-də Polşa ilə, 10-da isə Litva ilə qarşılaşacaq. Yığma qrupda daha əvvəl keçirdiyi matçlarda Litva və Belçikaya uduzub.

Seçilən
33
sportinfo.az

1Mənbələr