AZ

ABŞ-də 75 milyondan çox seçici seçkilərdə erkən səs verib


Noyabrın 5-də ABŞ-də keçirilən prezident seçkilərində 75 milyondan çox Amerika vətəndaşı vaxtından əvvəl səs verib.
Yeniavaz.com
xəbər verir ki, bunu Florida Dövlət Universitetinin şənbə günü axşam dərc etdiyi məlumatlar sübut edir.
Bu məlumatlara görə, 75 093 872 ABŞ sakini vaxtından əvvəl səsvermə hüququndan istifadə edib.
Onlardan 40,7 milyondan çoxu seçki məntəqələrində, təxminən 34,4 milyonu isə poçt vasitəsilə səs verib.
Erkən səs verənlər ən çox Texas (8,6 milyon), Florida (7,8 milyon), Kaliforniya (7 milyon), Şimali Karolina (4,2 milyon) və Corciya (4 milyon) ştatlarında olub.
Qeyd edək ki, ABŞ-də qeydə alınan seçicilərin sayı təxminən 168 milyon nəfərdir.
Seçilən
35
50
yeniavaz.com

10Mənbələr