Vaşinqton Amerika prezidenti seçildikdən sonra dövlətlərin Birləşmiş Ştatlarda vəziyyətin sabitliyini pozmaq cəhdlərinə hazırlaşır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Washington Post (WP) məlumat yayıb.
Qəzet yüksək rütbəli müdafiə rəsmisinə istinadən yazır ki, Pentaqon seçki günü ilə yanvarın 20-də gələcək prezidentin andiçmə mərasimi arasında baş verə biləcək “bir sıra ssenarilərə” hazırlaşır.
Nəşr qeyd edir ki, ABŞ-ın hazırkı prezidenti Co Baydenin administrasiyası “yüksək hazırlıq vəziyyətindədir”.
Bir gün əvvəl Vaşinqton ştatının Milli Qvardiyasının ABŞ prezident seçkiləri zamanı ictimai təhlükəsizliyin təmin edilməsində hüquq-mühafizə orqanlarına dəstək verəcəyi barədə məlumat yayılmışdı.