AZ

Ferqyuson öz şirkətindən istefa verdi - Onu oğlu əvəz edəcək

"Mançester Yunayted"in əfsanəvi keçmiş baş məşqçisi ser Aleks Ferqyuson öz şirkəti "ACF Sports Promotions"-in direktoru vəzifəsindən istefa verib.

Fanat.Az xəbər verir ki, informasiyanı "Dail Mail" yayıb.
mənbənin məlumatına görə, biznes hazırda 24,3 milyon funt sterlinq dəyərində aktiv və investisiya toplayıb. Aktivlərin bəzilərinə 2 milyon funt sterlinqdən çox dəyərində olan və müxtəlif muzeylərdə və universitetlərdə nümayiş etdirilən idman xatirələri kolleksiyası daxildir.

Biznesin həmçinin 19 milyon funt-sterlinq investisiya portfeli və 5,1 milyon funt-sterlinq pul ehtiyatı var.

Ferqyuson şirkəti 1983-cü ildə "Aberdin"i idarə edərkən təsis edib. “Mançester Yunayted”in keçmiş sükançısının oğlu Mark Ferqyuson direktor postunu tutub.

Mirağa

Seçilən
52
fanat.az

1Mənbələr