AZ

İnsan yuxu zamanı təhsil ala bilər?

Təhsilin fərqli formatda aparılıb-aparılmamasının mümkünlüyü haqqında araşdırmalar hər gün daha da artır.

Bu istiqamətdəkiaraşdırmalardan biri də yatarkən bir şeylər öyrənməyin mümkün olub-olmadığı və təhsillə yuxunun hər hansı əlaqəsi ilə bağlıdır.

Bu məqsədlə aparılan son tədqiqatların maraqlı nəticələri ortaya çıxıb. Həmin araşdırmaların nəticələrini təqdim edir:

Məntiqli olmasa da müəyyən şeyləri əzbərləmək üçün yuxu zamanı çalışmaq daha yaxşıdır.

ULB Nevrologiya İnstitutundan Filip Peigneuxun başçılığı ilə aparılan aktual bir tədqiqat yuxu zamanı öyrənəbilmə bacarığı kimi tanınan hipnopediya, 1960-cı illərdən etibarən populyarlaşıb. Bu populyarlıq isə AldousHakslinin“Cəsarətli yeni dünya” əsərinə dayanır.  Romanda fərdlər yuxu zamanı gündəlik işlərini görürdü. Ancaq bunun elmi əsası çox sonralar araşdırılıb.

Yaxın vaxtlarda aparılan tədqiqatlar isə Hakslinin çox da mümkün olmayan bir şeyi romanında istifadə etdiyini göstərir. İnsanlar və heyvanlar da yatarkən eşitdikləri səslərlə çox az ünsiyyətə girə bilirlər.

“Elmi məruzələr” jurnalında dərc olunan bir araşdırmaya görə, xüsusən insanlara aid görülən işdə beynimiz ətrafdakı səsləri yatarkən də eşidir və bu səsləri qruplaşdırmağı bacarır.

Təhsil dünyasını formalaşdıracaqhər cür tədqiqatda yuxunun rolu da nəzərə alınır.

 Məsələn, yuxu rejimi gün ərzində beyin çıxışına təsir edir.

Kifayət qədər  yatmamaq  gün ərzində öyrənməyi çətinləşdirir, beyin fəaliyyətini passivləşdirir. Bu məqamda təhsil həyatında uğurlu ola bilmək və öyrənmədavamlılığını təmin etmək üçün atılacaq ən böyük addım müntəzəm şəkildə və normadayuxu rejimidir. Mütəxəssislərə görə, hansı yaşda olursa-olsun, hər kəsin yuxu rejimionun bütün həyatına təsir edir.

Yuxu zamanı öyrənməklə bağlı müəyyən şübhələr olsa da, yeni bir dil öyrənmək üçün bu vaxt  görülən işlərin daha təsirli olduğu düşünülür.

Yatarkən  eşidilən əcnəbi sözlər və ana dilindəki cavablarının dərin yuxu prosesində olduqca təsirli olduğu  ortaya çıxıb.

İsveçrədə keçirilən  tədqiqatda flamand dilindən almancaya keçirilən və yuxu zamanı bir qrup insana dinlədilən sözlərin uğurlu bir şəkildə xatırlandığı müəyyən olunub.

 

Seçilən
44
tehsil.biz

1Mənbələr