AZ

Moldovada prezident seçkiləri – İkinci tur başladı


Moldovada indiki prezident Maya Sandu ilə Kişinyovun Moskva ilə qarşıdurma siyasətini tənqid edən ölkənin keçmiş baş prokuroru Aleksandr Stoyanoqlo arasında prezident seçkilərinin ikinci turu başlayıb.
Yeniavaz.com 
xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Rodika Sirbu məlumat verib.
Məlumata görə, Bakı vaxtı ilə saat 09:00-da ölkədə 1988 seçki məntəqəsi açılıb.
Oktyabrın 20-də keçirilən seçkidə 11 namizəd iştirak edib. Onlardan heç biri birinci turda qalib gəlmək üçün səs çoxluğunu qazana bilməyib. Sandu 42,49%, Stoyanoqlo isə 25,95% səs toplayıb.
Həmin gün Moldova Konstitusiyasına ölkənin Avropa kursunun dönməzliyi ilə bağlı dəyişiklik edilməsi ilə bağlı referendum keçirilib. Referendumu 50,35% dəstəkləyib. Oktyabrın 31-də keçirilən referendumun nəticələri Konstitusiya Məhkəməsi tərəfindən təsdiqlənərək, Əsas Qanuna əlavə və dəyişikliklərə icazə verilib.
Seçkiləri 2 mindən çox müşahidəçi, o cümlədən ATƏT nümayəndələri, həmçinin xarici diplomatlar izləyəcək.
Bu seçkilər üçün 37 ölkədə ümumilikdə 231 seçki məntəqəsi açılacaq. ABŞ, Kanada, Norveç, İsveç, Finlandiya və İslandiyadakı moldovalı seçicilər də ilk dəfə poçt vasitəsilə səs vermək imkanı əldə edəcəklər.
Səsvermə Bakı vaxtı ilə saat 23:00-da başa çatacaq.
Seçkilərdə seçicilərin beşdə biri iştirak edərsə, seçkilər baş tutmuş sayılır. MSK adətən səsvermə başa çatdıqdan sonra bir saat ərzində ilkin ilkin nəticələri elan edir. Prezident seçkilərinin qalibi səs çoxluğunu toplayan namizəd olacaq.


Seçilən
79
37
nuh.az

10Mənbələr