AZ

Cənubi Koreya, ABŞ və Yaponiya birgə hərbi hava təlimlərinə başlayıb

Bakı. Trend:

Cənubi Koreya, ABŞ və Yaponiya Şimali Koreyanın yeni“Hwasong-19” qitələrarası ballistik raket buraxılışına cavab olaraqKoreya yarımadasından cənubda birgə hərbi hava təlimlərinəbaşlayıb.

Trend xəbər verirki, bu barədə Cənubi Koreya Silahlı Qüvvələrinin Baş Qərargahıməlumat yayıb. Hər üç ölkədən qırıcıların və “B-1B” bombardmançıtəyyarələrinin cəlb olunduğu təlim zamanı şərti hədəflərə hücumssenariləri icra edilib.

Cənubi Koreya Silahlı Qüvvələrinin Baş Qərargahından verilənaçıqlamada, “Üç ölkə arasında təhlükəsizlik əməkdaşlığının tədricəngenişlənməsi fonunda, biz Şimali Koreyanın təhdidlərinin qarşısınıalmaq və onlara birgə cavab vermək üçün koordinasiyanıgücləndirəcəyik” bildirilib.

Bu, cari il ərzində tərəflərin ikinci birgə hərbi havatəlimidir.

Xatırladaq ki, Şimali Koreya oktyabrın 31-də qitələrarasıballistik raket buraxıb. Ölkənin rəsmi informasiya agentliyi KCNAburaxılışı ölkənin lideri Kim Çen Inın yerində izlədiyini bildirir.Yaponiyanın Müdafiə Nazirliyi raketin uçuşunun 1 saat 26 dəqiqəçəkdiyini, bunun Şimali Koreyanın indiyədək ən uzun məsafəyə uçanballistik raketi olduğunu açıqlayıb. Raketin təxminən 7 minkilometr yüksəklikdən 1000 kilometr məsafə qət etdiyibildirilir.

Cənubi Koreya, ABŞ və Yaponiya Şimali Koreyanın raketburaxılışını pisləyib.

Seçilən
65
6
az.trend.az

9Mənbələr