Rusiya “Rospotrebnadzor”unun mütəxəssisləri insanlara mətbəxi təmiz saxlamağın vacibliyini xatırladıb və müəyyən gigiyena qaydalarına riayət etməyi tövsiyə ediblər.
“Cebheinfo.az” xəbər verir ki, mütəxəssislər ət və tərəvəz üçün eyni kəsmə taxtasından, yaxud köhnə süngərdən istifadə etməyin xəstəlik mənbəyi ola biləcəyinə dair xəbərdarlıq ediblər.
Ən təhlükəli mətbəx əşyalarının siyahısına şkaf tutacaqları, dəsmallar, soyuducu, qarışdırıcılar və qab süngəri daxildir. Mütəxəssislərin fikrincə, süngər tualet oturacağından daha çox bakteriya toplayır: "Tarakan və milçək kimi həşəratlar da infeksiya daşıyır".
Bununla əlaqədar olaraq sakinlərə yemək hazırlamazdan əvvəl, yeməyi kəsdikdən sonra, yemək verməzdən əvvəl və yeməkdən sonra həmişə əllərini sabunla yumaq tövsiyə olunub. Meyvə və tərəvəzləri də yaxşıca yumalı, müxtəlif növ yeməklər üçün ayrıca kəsmə taxtalarından istifadə etməli, köhnəldikcə onları dəyişdirməlisiniz. Bundan əlavə, mütəxəssislər hər istifadədən sonra şkaflaırnü stünün təmizlənməsini, soyuducunun, qapıların, məişət texnikasının tutacaqlarının mütəmadi olaraq yuyulmasını, ən azı həftədə bir dəfə süngərlərin, hər gün dəsmalların dəyişdirilməsini vacib hesab ediblər.