Bakı. Trend:
Lerik rayonunda şadlıq saraylarından birində keçirilən toymərasimində silahlı şəxs insident yaradıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumatagörə, noyabrın 3-də əvvəllər Cinayət Məcəlləsinin müxtəlifmaddələri ilə dəfələrlə məhkum olunmuş, 1971-ci il təvəllüdlü ŞaiqAğayev saxlanılarkən polis əməkdaşlarına silahlı müqavimətgöstərib.
Görülən tədbirlər nəticəsində silahlı şəxs xidməti tabel silahıtətbiq olunmaqla zərərsizləşdirilib. Hadisə zamanı bir polisəməkdaşı yaralanıb.
Hadisə yerindən “Makarov” markalı tapança aşkar olunaraqgötürülüb.
Faktla bağlı araşdırma aparılır.