Badamdar qəsəbəsi, Nurəddin Paşayev küşəsində paylayıcı su borusunda qəza baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkə görüntülər yayılıb.
Qəza nəticəsində su yolun hərəkət hissəsinə və ətrafına yayılıb.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən soruğumuza cavab olaraq bildirildi ki, bu səbəbdən suyun həmin əraziyə verilişində müvəqqəti fasilə yaranıb.
“Xidmətin əməkdaşları qəzanın aradan qaldırılması işlərini görürlər. Qısa zaman ərzində suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək”, - məlumatda qeyd olunub.